sorğu
Bərdə Rayon icra Hakmiyyətinin başçısı Vidadi isayevin təşəbbüsü və dəstəyi ilə Bərdə bələdiyyəsi “imamzadə” ziyarətgahında abadlıq və cari təmir işləri aparılıb.
Bu barədə məlumatı Bərdə bələdiyyəsi yayıb.
Beləki adıçəkilən ərazidə və qəbiristanlıqda otlar biçilmiş, oturacaqlar boyanmış, çınqıl daşları ilə ərazi hamarlanmışdır.
Ziyarətgahın yerləşdiyi Nüşabə küçəsində işıq dirəkləri və elektrik avadanlıqları yeniləri ilə əvəz olunmuş, səkilər və bardürlər boyanmış, bələdiyyənin müvafiq strukturunun əməkdaşları tərəfindən sökülən hissələr təmir olunmuşdur.
Belediyye.info
|
|
|
|
|
|
|